8 iyul 2014 14:55
AZAL Xəzər Lənkəranın sabiq oyunçusu ilə güclənir
"Xəzər Lənkəran"ın sabiq yarımmüdafiəçisi Adrian Pit karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, rumıniyalı futbolçu AZAL-a keçməyə hazırlaşır.
Hazırda tərəflər arasında danışıqlar davam edir. Piti razı salmayan yeganə məqam "təyyarəçilər"in ona az pul təklif etməsidi. Maliyyə məsələsində də razılığa gəlinsə, tərəflər tezliklə müqavilə imzalayacaqlar.
