8 iyul 2014 13:43
Yığmamızın üzvü: Vilyarreala keçmək istəyirəm
Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının yarımmüdafiəçisi Kazım Birkan karyerasını İspaniyada davam etdirə bilər. Azerisport.az xəbər verir ki, gənc xavbek "Vilyarreal"dan təklif alıb.
Türkiyənin "Qaziosmanpaşa" klubunda çıxış edən futbolçuya Azərbaycandan da təkliflər var. Amma o, "Vilyarreal"a keçməkdə maraqlıdı. Bu barədə futbolçunun öz fikirləri də maraqlıdı:
"Hazırda "Qaziosmanpaşa"da çıxış edirəm. Azərbaycan yığmasına dəvət almağa başlayandan sonra mənə bu ölkənin klublarından da təklif göndərənlər var. Amma mən "Vilyarreal"a keçmək istəyirəm. Əgər hər şey həllini tapsa, karyeramı İspaniyada davam etdirəcəm".
