8 iyul 2014 13:22
Simurq sabah Vardarla üz-üzə gələcək
Təlim-məşq toplanışını Sloveniyada davam etdirən “Simurq” iyulun 9-da ikinci yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin budəfəki rəqibi Makedoniyanın “Vardar” klubu olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Xatırladaq ki, klub prezidenti Anar Bəkirovun da izlədiyi ilk yoldaşlıq görüşündə "Simurq" Sloveniyanın "Aluminiy" klubunu baxışda olan çexiyalı hücumçu Lukas Tresynakın qolu sayəsində minimal hesabla məğlub etmişdi.
