Simurq Tresnyakı saxladı, Trifkoviçi yola saldı
Yeni mövsümə Sloveniyada hazırlaşan "Simurq" təlim-məşq toplanışını davam etdirir. Azerisport.az klub saytına istinadən xəbər verir ki, təlim-məşq toplanışı praqram üzrə davam edir.
Klub prezidenti Anar Bəkirov da komandanın düşərgəsindədi. Hazırlıqları ara vermədən davam etdirən "Simurq" ötən gün bir məşqlə kifayətlənib. Məşqçilər korpusu səhər hazırlığından sonra yetirmələrinə istirahət verib. Bu gündən isə "sarı-qaralar" yenidən gündə iki dəfə olaraq çalışmaları bərpa edəcək.
Hazırda baxışda olan futbolçulardan yalnız biri - Lukas Tresynak komanda ilə məşqləri davam etdirir. Yarımmüdafiəçi Damyan Trifkoviç isə artıq düşərgədən ayrılıb. Onunla bağlı məşqçilər hələ ki, son qərarını verməyib. Digər baxış üçün təşrif buyuracaq futbolçuları gözdən keçirdikdən sonra sloveniyalı yarımmüdafiəçi haqqında son fikir bildiriləcək.
