8 iyul 2014 00:45
Əfran İsmayılovla Rauf Əliyev Xəzər Lənkəranın düşərgəsinə yollandı
Futbol üzrə Azərbaycan yığmasının iki üzvü "Xəzər Lənkəran"a keçir. Azerisport.az xəbər verir ki, bunlar "Bakı"dan ayrılan yarımmüdafiəçi Əfran İsmayılovla hücumçu Rauf Əliyevdi.
Onlar artıq "ağ-yaşıllar"ın düşərgəsində, komandanın təlim-məşq toplanışında olduğu Sloveniyaya yola düşüblər. Onlar cənub klubunun hazırlığında iştirak edəcəklər və yəqin ki, tezliklə "Xəzər Lənkəran"la müqavilə imzalayacaqlar.
Qeyd edək ki, hər iki futbolçu "Bakı"dan azad agent kimi ayrılıb.
