7 iyul 2014 12:29
Xudiyev Pünikin oyununa təyinat aldı
Azərbaycanlı hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 10-da Qazaxıstanın Astana şəhərindəki "Astana Arena"da keçiriləcək "Astana" - "Pünik" (Ermənistan) oyununun hakim-inspektoru Asim Xudiyev olacaq.
