7 iyul 2014 00:12
Millimizin forvardı Zenitə qarşı oynadı
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarov Almaniyanın "Karlsrue" klubunun heyətində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, futbolçumuzun komandası Rusiyanın "Zenit" klubu ilə qarşılaşıb.
Millimizin forvardı bu oyunun ikinci hissəsində meydanda olub. Qarşılaşma isə onun komandasının 0:1 hesablı məğlubiyyəti ilə bitib.
