7 iyul 2014 12:07
Tiraspol iyulun 9-da Bakıda olacaq
Moldovanın "Tiraspol" klubunun Avropa Liqasının ikinci təsnifat mərhələsində cavab matçını keçirmək üçün Bakıya gələcəyi tarix dəqiqləşib. Azerisport.az xəbər verir ki, Moldova təmsilçisi ölkəmizə Kişinyov-İstanbul-Bakı reysiylə gələcək.
"Tiraspol" iyulun 9-da günorta saatlarında Bakıda olacaq və saat 21:00-da "Şəfa" stadionunda məşqə çıxacaq. Rəqib oyundan sonra Azərbaycanı tərk edəcək.
Qeyd edək ki, "İnter" - "Tiraspol" görüşü iyulun 10-da saat 21:00-da start götürəcək.
