7 iyul 2014 11:45
Qəbələ Tavriyanın forvardı ilə müqavilə bağlamağa hazırlaşır
"Qəbələ" daha bir hücumçu ilə müqavilə bağlamağa yaxındı. Azerisport.az xəbər verir ki, bu, Ukraynanın "Tavriya" klubunda çıxış edən Ramil Həsənovdu.
O, komandanın toplanışında özünü yaxşı tərəfdən göstərə bilib. Baş məşqçi Dorinel Muntyanu gənc futbolçunun komandada qalmasını istəyir.
Futbolçu özü də saytımıza verdiyi açıqlamada bunu təsdiqləyib: "Qəbələ"də oynayacağımı düşünürəm. Məşqçilər məni bəyəniblər. Hələlik, sənədlərlə bağlı yaranan problem ucbatından müqavilə imzalamamışıq. Yaxın günlərdə hər şey həllini tapmalıdı".
