İran yığmasının qapıçısı Azərbaycan klubu ilə danışıq aparır
Futbol üzrə İran yığmasının qaıçısı Alireza Həqiqi Azərbaycan klublarından biri ilə danışıq aparır. Azerisport.az saytına bunu futbolçunun özü etiraf edib:
"Mən ötən ilin oktyabr ayında Azərbaycanda olmuşdum. Burada yaxşı dostlarım var. Çempionatı, komandaların səviyyəsini gördüm, xoşuma gəldi. Hətta "Xəzər Lənkəran"a keçmək variantım var idi. Amma danışıqlar uğursuz nəticələndi. Hazırda menecerim Azərbaycan klublarından biri ilə danışıq aparır. Karyeramı Azərbaycanda davam etdirmək variantım var. Şəxsən mən Azərbaycanda oynamağın əleyhinə deyiləm".
Qeyd edək ki, Həqiqi DÇ-2014-ün final mərhələsində İran yığmasının qapısını qoruyurdu. Son mövsümdə o, Portuqaliyanın "Sportinq Kovilyan" komandasında icarə əsasında çıxış edib. 26 yaşlı Alireza müqavilə ilə Rusiyanın "Rubin" klubuna məxsusdu.
