7 iyul 2014 17:46
Azərbaycanlı futbolçu Sloveniya klubuna keçə bilər
Futbol üzrə Azərbaycan yığmasının sabiq üzvü Nuran Qurbanov karyerasını Sloveniyada davam etdirə bilər. Azerisport.az xəbər verir ki, söhbət sözügedən ölkənin "Zavrç" klubundan gedir.
Hazırda tərəflər arasında danışıqlar davam edir. 20 yaşlı futbolçunun bu komandaya keçib-keçməyəcəyi tezliklə müəyyənləşməlidi.
