7 iyul 2014 16:22
Rauf Əliyev Bakıdan getdi
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev artıq "Bakı"nın futbolçusu deyil. Azerisport.az xəbər verir ki, hücumçu paytaxt klubu ilə yollarını ayırıb.
"Zolaqlılar"ın ona borcu olsa da, klub rəhbərliyi bu borcu ödəməkdə çətinlik çəkirdi. Tərəflər sonda qarşılıqlı razılıq əsasında yollarını ayırıblar. Rauf klubun ona olan borcundan imtina edib. "Bakı" rəhbərliyi isə millimizin forvardına azad agent statusu verib.
Əliyevin karyerasını hansı klubda davam etdirəcəyi maraqla gözlənilir. Böyük ehtimalla o, "Xəzər Lənkəran"a keçəcək.
