7 iyul 2014 15:38
Muntyanu: Almaniyanın dünya çempionu olmasını istəyirəm
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu Braziliyada keçirilən dünya çempionatı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Rumıniya Futbol Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:
"Uzun müddət Almaniyada oynadığımı nəzərə alsaq, mənim bu ölkənin yığmasına məlum simpatiyam var. İstərdim ki, məhz Almaniya dünya çempionu olsun. Məncə, mundialın finalında Cənubi Amerika və Avropa təmsilçisi üz-üzə gələcək".
