7 iyul 2014 15:27
Muntyanu: Qəbələ mənim üçün yeni təcrübədi
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu bu komandanı seçməsinin səbəbini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Rumıniya Futbol Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:
"Bu, mənim üçün yeni təcrübədi. Mənə bir neçə təklif vardı, amma buradakı layihə daha maraqlı gəldi. "Qəbələ" iddialı klubdu. Burada müasir və qüsursuz iş təşkilatçılığı gördüm, kluba yaxşı investisiya yatırıblar. Buradakı insanlar inkişaf etmək istəyirlər və artıq bu inkişaf yolunda özül qoyulub. İndi bu yolu uğurla keçib nəticəni görmək lazımdı".
