7 iyul 2014 15:16
Azərbaycan çempionu bütün legionerləri ilə yollarını ayırdı
Futzal üzrə Azərbaycan çempionu "Araz" bütün legionerləri ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, Naxçıvan klubunun rəhbərliyi komandada strategiyanı dəyişməyə qərar veriblər.
Belə ki, bundan sonra sözügedən komandada legionerlərə üstünlük verilməyəcək. Bu siyasət milli komandada da həyata keçiriləcək. Amma bu proseslərə yenə "Araz"ın və milli komandamızın baş məşqçisi Joze Alesio da Silva rəhbərlik edəcək. Yəni o, postunda saxlanılacaq.
