7 iyul 2014 14:43
Qəbələ bu gün Bosniya və Herseqovinaya yola düşür
"Qəbələ" bu gün Avstriyaya yollanacaq. Azerisport.az xəbər verir ki, Dorinel Muntyanunun komandası Bosniya və Herseqovinanın paytaxtı Sarayevoya məhz Vyanadan gedəcək.
Qeyd edək ki, "Qəbələ" Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Şiroki Briyeq"lə qarşılaşacaq. Oyun iyulun 10-da baş tutacaq.
Qəbələdə keçirilən ilk oyunda təmsilçimiz 0:2 hesabıyla məğlub olmuşdu.
