7 iyul 2014 14:05
Simurq Makedoniya klubu ilə qarşılaşacaq
Sloveniyada təlim-məşq toplanışında olan "Simurq"un daha bir rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Zaqatala klubu Makedoniya "Vardar"ı ilə üz-üzə gələcək.
Son mövsüm ölkə çempionatında 5-ci yeri tutmuş bu komanda ilə qarşılaşma iyulun 9-da baş tutacaq.
Qeyd edək ki, "Simurq" ilk sınaq matçında Sloveniyanın "Aluminiy" klubu ilə qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıb. Zaqatala klubuna bu oyunda qələbə gətirən qolu baxışda olan çexiyalı hücumçu Lukaş Tresnyak vurub.
