6 iyul 2014 11:55

Nicat Qurbanov: Koperin 5:0 hesablı qələbəsi bizi qorxutmadı, sadəcə, təəccübləndirdi

"Neftçi"nin yarımmüdafiəçisi Nicat Qurbanovun azerisport.az saytına müsahibəsi

- "Neftçi" Avropa Liqasının ikinci təsnifat mərhələsində "Çelik" (Monteneqro) - "Koper" (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq. Sloveniya təmsilçisinin ilk oyunda səfərdə 5:0 hesabıyla qalib gələcəyini gözləyirdiz?
- Xeyr. "Koper" bu qələbəsiylə göstərdi ki, bizim üçün ciddi rəqibdi. Gözəl başa düşürük ki, bizi asan sınaq gözləmir. Ciddi hazırlaşırıq.

- 5:0 sizi qorxutmur?
- Xeyr, sadəcə, təəccübləndik. Əlbəttə, futbolda möcüzələr də olur, amma əminəm ki, biz məhz "Koper"lə qarşılaşacağıq. Futbolda qorxmaq lazım deyil. Səviyyə fərqi ola bilər. Amma "Koper"in "Neftçi"ni üstələdiyini düşünmürəm.

- Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Kadisiya" ilə görüşdə qol vurdunuz, komandanız 3:1 hesabıyla qalib gəldi...
- Buna çox sevindim. Çünki həmi qol komandamın qələbəsində müəyyən rol oynadı. Bu, əsasdı.

- Bəs Kiyev "Dinamo"su ilə matç (2:2) barədə nə deyə bilərsiz?
- Biz bu görüşə yaxşı başladıq. Amma müəyyən səhvlərə yol verdik ki, nəticədə iki qol buraxdıq. Xoşbəxtlikdən bu qolların əvəzini çıxa bildik. Tez özümüzə gəldik. Fikrimcə, yaxşı nəticə əldə etdik. Sərgilədiyimiz oyun da gələcəyə optimist baxmağa imkan verir.

- Müdafiədəki səhvlərə rəğmən?
- Biz hazırda toplanışdayıq, burada səhvlər adi şeydi. Rumıniyanın "Botoşani" klubuna da ona görə uduzduq. Əsas odu bu səhvləri rəsmi oyunlarda buraxmayaq. Həm də "Koper"lə oyunda məsuliyyət, oyuna köklənmə tam fərqli olacaq. Müdafiə xəttimizin həmin oyunlarda belə səhvlər buraxacağını düşünmürəm.

- Komandanızı Avroliqaya tam hazır hesab etmək olar?
- Hələ hazırlaşırıq. Bütün cəhdlərimiz buna yönəlib.

- "Neftçi" yenidən Avroliqanın qrup mərhələsinə vəsiqə qazana biləcək?
- "Neftçi"nin hədəfləri həmişə yüksək olub. Azarkeşlərin bizdən nə gözlədiyini də gözəl başa düşürük. Biz özümüz də eyni sevinci yenidən yaşamağı çox istəyirik. Məsələn, mən özüm həmin vaxt komandada deyildim. Ona görə də yenidən qrup mərhələsinə vəsiqə qazansaq, bu, mənim karyeramda ilk belə uğur olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.