7 iyul 2014 00:01
Erat oynadı, komandası 8 qolla qalib gəldi
Almaniyanın "Fortuna" (Düsseldorf) komandası yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Toğrul Eratın komandası aşağı liqa təmsilçilərindən "Veqber-Bek"lə qarşılaşıb.
Oyun Eratın komandasının 8:1 hesablı qələbəsiylə başa çatıb. Millimizin üzvü isə bu oyunda 90 dəqiqə meydanda olub.
