6 iyul 2014 17:21
Qəbələ İtaliyadan futbolçu gətirdi
Dünən yarımmüdafiəçi Cavid Hüseynovu rənglərinə bağlayan "Qəbələ" bu gün sıralarını daha bir futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, slovakiyalı müdafiəçi Pavol Farkas ilə birillik müqavilə imzalanıb. Farkas "Qəbələ"də 26 nömrəli forma ilə çıxış edəcək.
27 mart 1985-ci ildə anadan olan Farkas futbolçu karyerasına 2003-cü ildə Slovakiyanın "Nitra" klubunda başlayıb. 2007-ci ilə qədər adıçəkilən komandanın şərəfini qoruyan müdafiəçi daha sonra "Petrjalka" (Slovakiya, 2007-2008), "Vasluy" (Rumıniya, 2009-2012), "Kyevo" (İtaliya, 2012) və "Ternana"nın (İtaliya, 2013) formasını geyinib.
Pavol Farkas 3 dəfə Slovakiya milli komandasının heyətində yer alıb.
