6 iyul 2014 15:56
Viktor Mendi: Bosniyaya qələbə üçün gedəcəyik
"Qəbələ"nin hücumçusu Viktor Mendi Avropa Liqasının birinci təsnifat mərhələsində Bosniya və Herseqovina "Şiroki Briyeq"inə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Nəticə bizim üçün çox pis alındı. Birinci hissədə yaxşı oynadıq. Bizim rəqib qapısına yol tapmaq üçün imkanlarımız var idi. Amma ikinci yarıda oyunumuz getmədi. Səhvlərə yol verdik. Fikrimcə, komanda yaxşı formada idi, sadəcə, lazım olan nəticəni qazana bilmədik. Bosniyaya qələbə qazanmaq üçün gedəcəyik. Səhvlərimiz üzərində işləməliyik. Onlar cavab matçında təkrarlanmamalıdı".
