6 iyul 2014 00:45

Çovillo: Neftçiyə kimin favorit olduğunu göstərəcəyik

Sloveniyanın "Koper" klubunun hücumçusu Miroslav Çovillonun azerisport.az saytına müsahibəsi

- Avropa Liqasının birinci təsnifat mərhələsində Monteneqro "Çelik"i üzərində 5:0 hesablı qələbə qazandız. Buna necə nail olduz?
- İlk dəqiqələrdən rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratmağa başlamışdıq. Bunlardan maksimum yararlanmağa çalışdıq. Bizim bu üstünlüyümüz hesabda da öz əksini tapmalı idi.

- Belə darmadağın gözləyirdiz?
- Xeyr. Düzdü, qələbə qazanmaq istəyirdik, amma 5:0... Biz klubun tarixinə düşdük. Buna qədər heç vaxt bu hesabla qalib gəlməmişdik.

- Sloveniyadakı cavab görüşü haqda nə düşünürsüz?
- Bəs siz nə düşünürsüz? (gülür) Əlbəttə, növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik. Hansı ki, bizi orada "Neftçi" ilə duellər gözləyir.

- Artıq nəsə düşünməyə başlamısız?
- Qoy "Neftçi" bizi gözləsin.

- Şansları necə dəyərləndirirsiz?
- Hələ heç bir oyun olmayıb. Odu ki, şanslar bərabərdi.

- "Neftçi" barədə məlumatınız var?
- Bəli, bilirik ki, ölkənin ən titullu klubudu, Avroliqanın qrup mərhələsində oynayıb. Amma biz onlara kimin favorit olduğunu göstərəcəyik. Öz gücümüzə çox inanırıq. Amma "Neftçi" "Çelik" qədər zəif deyil. Olmaya siz bizim elə hesabla uduzacağımızı gözləyirsiz?

- Futboldu, hər şey ola bilər...
- Düzdü. Amma biz elə uduzmamaq üçün kifayət qədər güclüyük. Şəxsən mən Bakı komandasına qol vurmağa çalışacam. Təki, şans düşsün.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.