5 iyul 2014 00:09
Rəvan və AZAL bu gün sınaq matçında üz-üzə gələcək
Seleksiya xarakterli məşqlərini davam etdirən "Rəvan” klubu mövsümlərarası fasilədə ilk yoxlama oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, "aslanlar” "siftə”ni Premyer Liqa klubu ilə edəcəklər.
Rəqib isə AZAL-dı. Bu gün "AZAL Arena”da baş tutacaq görüş saat 19:00-da başlayacaq.
Baş məşqçi Ramil Əliyev bu oyunda əsasən baxışda olan futbolçulara şans verəcək.
Qeyd edək ki, "Rəvan” ikinci yoxlama matçını iyulun 12-də keçirəcək. Paytaxt klubu "Sumqayıt”la üz-üzə gələcək. (klub saytı)
