5 iyul 2014 20:00
Ruslan Qurbanov: Koperin 5:0 hesablı qələbəsi bizi qorxutmur
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov komandasının Avropa Liqasındakı çıxışı ərəfəsində şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, ötən gün baş tutan Rumıniya "Botoşani"sinə məğlubiyyətə (0:3) də şərh verib:
"Biz Sloveniya "Koper"inə hörmətlə yanaşırıq. Amma bu komandanı keçməyə məcburuq. "Koper" ilk təsnifat mərhələsindəki rəqibi olan Monteneqro "Çelik"inə 5:0 hesabıyla qalib gəldi. Bu nəticə bizi qorxutmur. "Botoşani"yə böyük hesabla uduzmağımıza gəlincə, hakim penaltimizi vermədi. Digər tərəfdən biz bu oyunlarda nəticəyə önəm vermirik. Səhvlərimiz üzərində işləməyə və "Koper"lə oyuna hazır olmağa çalışırıq".
