5 iyul 2014 19:00
Aleksandr Çertoqanov: Hələ normal təklif yoxdu
Futbol üzrə Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Çertoqanov hələ də özünə yeni klub tapmayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Evimdə istirahətlə məşğulam. Hələ normal təklif yoxdu. Gözləyirəm. Baxaq, görək necə alınır".
Qeyd edək ki, Çertoqanov son mövsümü "Sumqayıt"da keçirib.
