5 iyul 2014 14:01
Qəbələnin rəqibi yoxlama matçı keçirəcək
Bosniya və Herseqovina "Şiroki Briyeq"i sabah yoxlama oyunu keçirəcək. Azerisort.az xəbər verir ki, Slaven Musa yetirmələrini Mostar "Velej"i ilə oyunda sınaqdan keçirəcək.
Qeyd edək ki, "Şiroki Briyeq" Avropa Liqasının birinci təsnifat mərhələsində "Qəbələ"nin rəqibidi. İyulun 3-də Azərbaycanda keçirilmiş ilk qarşılaşmada bosniyalılar 2 cavabsız qolla qalib gəliblər.
