5 iyul 2014 12:46
Vladislav Stoyanov: XL haqda konkret heç nə deyə bilmərəm
Bir neçə gündü Bolqarıstan yığmasının qapıçısı Vladislav Stoyanovun "Xəzər Lənkəran"a mümkün keçidi müzakirə olunur. Lakin futbolçu özü azerisport.az saytına açıqlamasında bu söhbətlərə belə münasibət bildirib:
"Mən bu klubu tanıyıram. Amma hələ konkret heç nə deyə bilmərəm. Hələ harasa getməyə hazırlaşmıram. Hazırda "Ludoqorets"dəyəm".
