5 iyul 2014 11:01
Xəzər Lənkəran Sankonu alır
"Xəzər Lənkəran" Türkiyənin "Şanlıurfaspor" klubunun hücumçusu Alfredo Sankonu transfer etmək istəyir. Azerisport.az xəbər verir ki, artıq cənub klubu bunun üçün qardaş ölkə təmsilçisinə rəsmi təklif də göndərib.
Qeyd edək ki, Sanko Syerra-Leone yığmasının üzvüdü. O, DÇ-2014-ün seçmə mərhələsində bir oyunda iştirak edib.
"Şanlıurfaspor" son mövsümdə Türkiyə PTT 1-ci Liqasında 11-ci olub.
