4 iyul 2014 00:56
İsgəndər Cavadov: İnterin buraxdığı 2 qol artıq idi
Azərbaycanın futbolunun veteranı İsgəndər Cavadov Moldovanın "Tiraspol" klubu ilə Bakı "İnter"i arasında baş tutan Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində baş tutan ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandamızın 3:2 hesablı qələbəsini belə şərh edib:
"İnter" yaxşı oynadı. Amma rəqibin səviyyəsi elədi ki, biz komandamızın dəqiq hansı vəziyyətdə olduğunu deyə bilmərik. Onlar zəif idi. Bu komandanı Bakıda da məğlub etməliyik. Oyunun sonlarında buraxılan iki qol isə artıq idi".
