4 iyul 2014 00:45
Vlad Qoyan: İnter bizdən daha yaxşı oynadı
Moldovanın "Tiraspol" klubunun baş məşqçisi Vlad Qoyan Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:3 hesablı məğlubiyyətini belə şərh edib:
"İnter" bizim səhvlərimizdən yararlandı. Hansı ki, belə səhvlərimiz çox idi. Bunun da nəticəsində rəqibimiz qalib gəldi. "İnter"i təbrik edirəm. Üstünlük onlarda idi. Bizdən daha yaxşı oynadılar. Başa düşürük ki, artıq rəqibin mərhələ adlamaq şansı bizdən daha çoxdu. Amma biz də səfərdə qol vurmalıyıq. Bu, bizə lazımdı".
