4 iyul 2014 00:23
"Azərbaycana heç-heçə üçün gəlmişdik"
Bosniya "Şiroki Briyeq"inin yarımmüdafiəçisi Mate Pehar Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 2:0 hesablı qələbəsini belə şərh edib:
"Azərbaycana heç-heçə üçün gəlmişdik. Qələbə çox gözlənilməz oldu. Güclü oynadıq və layiqli qələbə qazandıq. Artıq evə rahat dönə və doğma meydanda sakit oynaya bilərik. İkinci təsnifat mərhələsinə vəsiqə bizi gözləyir".
