4 iyul 2014 00:12
Vaqner Laqo: Qəbələyə cavab matçında da qalib gələcəyik
Bosniya "Şiroki Briyeq"inin yarımmüdafiəçisi Vaqner Laqo Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 2:0 hesablı qələbəsini belə şərh edib:
"Qələbəyə görə şadıq. Çünki belə bir uğur qazanacağımızı qətiyyən gözləmirdik. Birinci hissədə müdafiədə oturduq. Qol buraxmamağa çalışırdıq. Amma ikinci hissədə iki qol vurduq. Rəqibə hörmətlə yanaşırıq. Eyni zamanda cavab matçında da qələbə qazanacağımıza inamımız böyükdü".
