4 iyul 2014 12:18
"Heç-heçə üçün gəlmişdik, amma Qəbələnin zəif olduğunu gördük"
Bosniyanın "Şiroki Briyeq" klubunun futbolçusu Yosip Barışiç Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:0 hesablı qələbəsini belə şərh edib:
"Qəbələ" yaxşı komandadı. Birinci hissədə onlar yaxşı oynadılar. Biz isə daha çox müdafiə olunurduq. Bura sərfəli heç-heçə dalınca gəlmişdik, qələbə barədə düşünmürdük. Amma "Qəbələ"nin o qədər də güclü olmadığını gördük. Ona görə də hücumlara üstünlük verdik. Fikrimcə, Bosniya və Herseqovinada da qələbə qazanacağıq".
