4 iyul 2014 11:34
İnter Bakıya qayıtdı
Futbol üzrə Avropa Liqasının ilk təsnifat mərhələsində Moldovada "Tiraspol" klubunu 3:2 hesabıyla məğlub edən "İnter" komandası Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, matçdan sonra çarter reysiylə yola çıxan "bankirlər" səhər saatlarında Azərbaycan paytaxtına çatıb.
Komandaya 1 günlük istirahət verilib. Şənbə günündən etibarən "İnter" cavab görüşünə hazırlığa başlayacaq.
