4 iyul 2014 11:23
Elvin Məmmədov Elfsborqun maraq dairəsində
Xəbər verdiyimiz kimi, Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçirilən Bakı "İnter"i ilə Moldova "Tiraspol"u arasındakı oyunlar İsveçin "Elfsborq" klubunun da maraq dairəsindədi. Azerisport.az xəbər verir ki, birbaşa ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq İsveç təmsilçisi məhz bu cütün qalibi ilə qarşılaşmalıdı.
Ötən gecə keçirilmiş "Tiraspol" - "İnter" matçını "Elfsborq"un nümayəndələri də yaxından izləyiblər. İsveç klubunun məşqçilərinin bu oyunda diqqətini çəkən futbolçu isə "bankirlər"in yarımmüdafiəçisi Elvin Məmmədov olub. Onlar yığmamızın da şərəfini qoruyan futbolçumuzun çıxışını xüsusi vurğulayıblar.
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun 3:2 hesabıyla "İnter"in xeyrinə başa çatıb.
