4 iyul 2014 11:12
Adrian Kristya: Qəbələ daha çox hücum edirdi
"Qəbələ"nin futbolçusu Adrian Kristya Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bosniya və Herseqovina "Şiroki Briyeq"inə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 0:2 hesablı məğlubiyyətini belə şərh edib:
"Məğlubiyyətə görə çox üzgünük. Çünki qələbə qazanmaq istəyirdik. Uduzmalı deyildik, amma belə alındı. Biz daha çox hücum edirdik, məğlubiyyətə layiq deyildik. Xüsusilə birinci hissədə yaxşı oynadıq. İkinci yarıda isə yorğunluq sözünü dedi. Futbolda şans həmişə var. Səfərdə 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmaq asan olmayacaq. Yaşayarıq, görərik".
