4 iyul 2014 18:36

Dmitri Kramarenko: Kamran Ağayevin buraxdığı qol mənim səhvimdi

"Qəbələ"nin qapıçılarla işləyən məşqçisi Dmitri Kramarenko azerisport.az saytının suallarını cavablandırıb. O, Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində ötən gün baş tutan Bosniya və Herseqovina "Şiroki Briyeq"i ilə ilk oyunu şərh edib, Kamran Ağayevin səhvindən danışıb.

- Komandada atmosfer necədi?
- Tədricən məğlubiyyətdən ayılmağa çalışırıq. Hazır olmadığımızı deyirlər. Amma mən bununla razı deyiləm. Mənə elə gəlir ki, komanda sadəcə, özünü yandırdı. Rəqib komanda avrokuboklardakı təcrübəsinin hesabına bizi üstələdi. Digər tərəfdən bu yay komandanı xeyli futbolçu tərk etmişdi. Onların yoxluğunu hiss etdirməmək mümkün olmadı.

- Siz də möcüzəyə inanırsız?
- Hesab edirəm ki, ən azından əlimizi yanımıza salmağın mənası yoxdu. Çətinliklər komandanı daha da möhkəmləndirməlidi. "Qəbələ" bu çətin dövrü geridə qoymağa borcludu.

- Komanda növbəti mərhələyə adlaya bilməsə, məşqçilər korpusunun istefası mümkündü, yoxsa bu, ümumiyyətlə müzakirə olunmur?
- Bundan danışmağın heç mənası da yoxdu. Muntyanu cəmi 2 həftədi komandayla birgədi. Komandanı Marat İzmaylov, Daniel Subotiç, Lorenso Ebesilio, Leonardo da Silva, İbrahima Niasse kimi aparıcı futbolçular tərk edib. Şübhəsiz ki, bunların hamısı subyektiv amillərdi. Burada yeni komanda yaradılır. Əlbəttə, doğma meydanda yaxşı oynamağa borclu idik. Baş məşqçi əbəs yerə məsuliyyəti öz üzərinə götürmədi. Oyunçular da əllərindən gələni etdilər. Sizi bir şeyə əmin edə bilərəm ki, Sarayevoya gəzintiyə getməyəcəyik.

- İlk qolla bağlı nə deyə bilərsiz? Azərbaycan yığmasının qapıçısı belə bir qol buraxmalı idimi?
- Buraxılan hər bir qol qapıçının səhvidi. Kamran Ağayevin, Anar Nəzirovun qol buraxması eyni zamanda da mənim səhvimdi. Amma bütün günahı Kamranda görmək də lazım deyil. Biz birgə çalışırıq, birgə uğur qazanır və ya uduzuruq.

- Amma həmin epizod zamanı çətin ki, sizi xatırlayan olardı...
- Nə etmək olar ki? Belə səhvləri Kasilyas, Akinfeyev də edir. Özü də Avroliqanın təsnifat mərhələsində yox, dünya çempionatlarında. Kamran özü də hər şeyi başa düşür. İndi ona dəstək olmağımız lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.