4 iyul 2014 18:05
Oğuz Çətin: Heç bir problem yoxdu, vəziyyətim yaxşıdı
Ərzurumdakı təlim-məşq toplanışı zamanı halı pisləşən və xəstəxanaya aparılan “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin hazırkı durumu ilə bağlı açıqlama verib. Azerisport.az xəbər verir ki, Türkiyə mətbuatına danışan mütəxəssis yediyi yeməklə bağlı problem yaşadığını deyib:
“Dünən dostlarla birgə yediyimiz yeməyə görə bir az problem yaşadıq və xəstəxanaya aparıldıq. Xəstəxanada ətraflı tibbi müayinədən keçdik. Hazırda vəziyyətim yaxşıdı. Məşqçilər korpusundan daha 3-4 nəfər də zəhərlənmişdi, amma daha çox mənim adım gündəmə gəldi. Hazırda heç bir problemimiz yoxdu və hər şey qaydasındadı”.
