4 iyul 2014 17:48
"Qəbələdə dolu tribunalar önündə oynamaq xoş idi"
Bosniya və Herseqovina Futbol Federasiyasının baş katibi Draqan Soldo "Şiroki Briyeq" klubunun Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdiyi ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandalarının 2:0 hesablı qələbəsini belə şərh edib:
"Bizi Qəbələdə yaxşı qəbul etdilər. Dolu tribunalar qarşısında oynamaq xoş idi. Nəticə daha xoşdu. Oyundan dərhal sonra Bakı aeroportuna yollandıq. Çünki bizi İstanbul reysi gözləyirdi. Oradan isə Sarayevoya getdik. Əgər Azərbaycanda daha bir gecə qalsaydıq, vətənə iki gün sonra dönə biləcəkdik".
