4 iyul 2014 16:55
Cavid Hüseynov: Bakıdan ayırlmaq üçün 150 min dollarımdan keçdim
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynov "Bakı" ilə yollarını ayırmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bəyan edib ki, artıq "İnter"lə anlaşıb:
"Bu gün "İnter" rəhbərliyi ilə görüşüb, müqavilə imzalamalıyam. Hər şey yaxşı alınsa, bir illik müqavilə bağlayacağıq. Yenidən "İnter"ə qayıtdığım üçün şadam. Bu komanda mənə doğmadı. "Bakı"dan ayrılmaq, azad agent statusu almaq üçün 150 000 ABŞ dollarından keçdim.
Avropa Liqasına gəlincə, nəzərə alsaq ki, "İnter" Moldova "Tiraspol"una səfərdə 3:2 hesabıyla qalib gəlib, onları doğma meydanda da məğlub etmək olar".
