4 iyul 2014 15:38
DÇ-dəki spreylərdən Premyer Liqamızda da istifadə olunacaq
AFFA Hakimlər Komitəsi Topaz Premyer Liqasının yeni mövsümündə FİFA-nın Braziliyadakı yeniliklərindən birini tətbiq etməyə hazırlaşır. Azerisport.az saytına açıqlamasında komitə sədri Xaqani Məmmədov bildirib ki, daha çox cərimə zərbələri zamanı istifadə olunan spreylərdən Azərbaycanda da yararlanacaqlar:
"Biz də hakimlərimizin Premyer Liqa oyunları zamanı bu metoddan istifadə etməsini istəyirik. Əgər çatdıra bilsək, elə ilk turdan etibarən hakimlərimizin əlində bunları görə biləcəksiz. Hərdən FİFA-dan nəsə sifariş verəndə, aylarla gözləməli olursan. Gec-tez bizim hakimlər də bundan istifadə edəcəklər".
