Georgi Lomaya: Kimin güclü olduğunu cavab görüşü göstərəcək
"İnter"in qapıçısı Georgi Lomaya azerisport.az saytına Moldova "Tiraspol"u ilə oyun haqda danışıb:
"Futbolda hər şey olur. Ona görə 2 qol buraxmağımızı anlamaq mümkündü. 3:0 öndə olduğumuz oyunda qol buraxmalı deyildik. Kimisə günahkar çıxarmaq istəmirəm. Meydanda komanda oyunu var idi. Hər bir nəticəyə hamımız cavabdehik. Şanslar bərabərdi. Cavab matçında baş məşqçi hansı taktikanı desə, onunla da oynayacağıq. "Tiraspol"da yaxşı futbolçular var. Bununla belə Bakıda qələbə qazanmaq istəyirik. Mövsümün ilk oyunu hər zaman çətin olur. Ona görə səhvlərimizi başa düşmə olar. Uzun fasilədən sonra yenidən start heyətdə meydana çıxdım. Biz hər birimiz öz işimizi bilirik və hər zaman hazırıq komandaya kömək etməyə. Sözsüz ki, hər bir insana öz işində praktika lazımdı. Praktikasız çətin olur. Səfərdə 3:2 hesab qeydə alınsa belə, bu qələbədi. Qalib gəlmək hər zaman yaxşıdı. Tiraspoldakı uğurun davamını Bakıda gətirmək lazımdı. Kimin güclü olduğunu cavab görüşündə görəcəksiz".
