4 iyul 2014 14:32
Qarabağın Valletta ilə cavab matçının da başlama saatı bəlli oldu
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Malta "Valletta"sı arasındakı cavab matçının da başlama saatı müəyyənləşib. Azerisport.az xəbər verir ki, iyulun 22-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 21:30-da start götürəcək.
Qeyd edək ki, həmin görüş Bakıda - Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.
"Valletta" ilə "Qarabağ" arasındakı ilk oyun isə iyulun 15-də keçiriləcək və 21:30-da başlayacaq.
