4 iyul 2014 21:50

Qarabağ Viktoriyaya qalib gəldi

Təlim-məşq toplanışını Avtsriyada davam etdirən Azərbaycan çempionu "Qarabağ" bu gün növbəti yoxlama matçına çıxın. Azerisport.az xəbər verir ki, Ağdam klubunun rəqibi Çexiyanın "Viktoriya" (Plzen) komandası olub.

Görüş ağdamlıların inamlı qələbəsiylə başa çatıb.

Qeyd edək ki, Qurban Qurbanov yetirmələrini bu matça qədər 3 yoxlama görüşündə sınamışdı. Ukrayna "Şaktyor"u (Donetsk) ilə qarşılaşmada 0:2 hesabı ilə uduzan "Qarabağ" daha sonra Rusiya "Krasnodar"ına 0:1 hesabıyla məğlub olmuşdu. 3-cü yoxlama matçında isə "atlılar" Almaniyanın aşağı divizion təmsilçisi "Vakker Burqhauzen"i 2 cavabsız qolla üstələmişdi.

Yoxlama oyunu
4 iyul

Qarabağ - Viktoriya - 3:1 (2:0)

Oyun başladı
1. Reynaldo təkbətək epizodda topu qapıdan keçirə bilmədi
3. Reynaldo Diasın ötürməsindən sonra hesabı açdı - 1:0
13. Bu dəqiqələrdə topa nəzarət daha cox rəqibdə olsa da, komandamızın əks-hücumları daha təhlükəli olur
22. Reynaldonun 2 oyunçunu keçərək vurduğu zərbəni qapıçı çətinliklə tuta bildi
27. Reynaldo 2 futbolçunu keçərək Diasa ötürmə etdi. O isə topu qapı önündəki Leroya. Sonuncu tək toxunuşla topu tora gonderdi - 2:0
36. Komandamızda epizodlar biri digərini əvəzləyir
45. İlk hissə başa çatdı
46. İkinci hissə başladı
46. Namiq Yusifovun əvəzinə meydana Qara Qarayev cıxdı
49. Komandalar meydanın mərkəzi uğrunda mubarizə aparırlar
64. Leroy Corc və Bədavi Hüseynovun əvəzində meydana Tərlan Quliyevlə Vüqar Nadirov çıxır
65. Şehiç cərimə zərbəsini mükəmməl tullanışla dəf etdi
66. Komandamızın cavabı özünü gözlətmədi. Çumbinyonun zərbəsinə qapıçı toxuna bildi
69. Çumbinyonu Muarrem əvəzlədi
70. Rəqib hesab arasindakı fərqi azaltdı - 2:1
71. Muarrem hesab arasındakı fərqi yenidən artırdı - 3:1
76. Maksim Medvedevi İlgar Qurbanov əvəzlədi
81. Reynaldo ve Riçard Almeydanı Hacı Əhmədovla Tural Rzayev əvəzlədi
86. Diası Tural İsgəndərov əvəzlədi
Oyun başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.