4 iyul 2014 14:09
Kamran Ağayev jurnalistləri boykot etdi
Futbol üzrə Azərbaycan yığmsının və "Qəbələ"nin qapıçısı Kamran Ağayev yerli jurnalistləri boykot edib. Azerisport.az xəbər verir ki, ötən gün keçirilmiş Avropa Liqasının birinci təsnifat mərhələsinin "Qəbələ" - "Şiroki Briyeq" (Bosniya və Herseqovina) matçından sonra o, jurnalistlərlə danışmaq istəməyib.
0:2 hesablı məğlubiyyətdən sonra bir neçə jurnalist Kamrana yaxınlaşaraq, ondan fikir öyrənmək istəsə də, futbolçu sadəcə, əlini yelləməklə kifayətlənib və onlardan uzaqlaşıb.
Qeyd edək ki, Ağayev ötən gün keçirilən qarşılaşmada buraxdıqları ilk qolda kobud səhvlə yadda qaldı.
