4 iyul 2014 14:21
"Azərbaycanın ən yaxşı qapıçısı belə qol buraxmamalıydı"
Bosniyanın "Şiroki Briyeq" klubunun sabiq hücumçusu Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, sabiq komandasının 2:0 hesablı qələbəsini belə şərh edib:
"Mənim bütün oyuna baxmaq imkanım olmadı. Amma vurulan qolları görmüşəm. "Qəbələ"nin daha güclü olduğunu düşünürdüm. Püşkatma atılandan sonra əksər bosniyalı oyunçular uduzmamaq haqda düşünürdü. Amma reallıq fərqli imiş.
İlk qol qapıçının səhvindən vuruldu. Vaqner elə də güclü zərbə vurmamışdı. O, Azərbaycanın ən güclü qapıçısıdı? Belə bir qapıçı o cür səhvə yol verməməliydi. Amma hər bir futbolçunun uğursuz günləri olur".
