4 iyul 2014 13:58
XL: Çətin bu axşam komandanı məşqə çıxaracaq
"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətinin sağlıq durumunda problem yarandığına dair xəbərlər yayıldığını diqqətinizə çatdırmışdıq. Azerisport.az saytına açıqlamasında onun son durumu ilə bağlı klubdan bunları bildiriblər:
"Ötən gün baş məşqçi xəstəxanaya aparıldı. Ona təcili yardım göstərildi. Amma heç bir infarktdan söhbət gedə bilməz. Çətin bu axşam komandamızı məşqə çıxaracaq. Bundan istifadə edib türkiyəli jurnalistləri də məşqə dəvət edəcəyik ki, infarkt keçirdiyini iddia etdikləri mütəxəssisin yetirmələrinə necə məşq keçdiyini gözləri ilə görsünlər".
