4 iyul 2014 01:35
Rəhim Həsənov Kayratın 3 oyunçusunu cəzalandırdı
Azərbaycanlı FİFA referisi Rəhim Həsənov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçirilmiş ilk oyunlardan birini idarə edib. Azerisport.az xəbər verir ki, o, Qazaxıstanda bu ölkəni təmsil edən "Kayrat"la Albaniyanın "Kukesi" klubu arasındakı görüşə təyinat alıb.
Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Həsənov bu oyunda dörd dəfə sarı vərəqə üçün əlini cibinə atıb ki, bunlardan üçü "Kayrat"ın, biri isə "Kukesi"nin futbolçusuna qismət olub.
