4 iyul 2014 13:25

Elvin Məmmədov: Hakim 4-cü qolumuzu hesaba almağa borclu idi

"İnter"in futbolçusu Elvin Məmmədov azerisport.az saytına müsahibəsində Avropa Liqasında ilk oyundan, cavab matçı ərəfəsində şanslardan danışıb.

- "İnter"in səfərdə "Tiraspol" klubuyla görüşünü necə qiymətləndirirsən?
- Səfərdə oynamağımıza baxmayaraq, mübarizəyə yaxşı başladıq. Erkən qol vurmaqla üstünlük qazandıq. Sadəcə, təəssüfləndirici odu ki, 3:0 hesabılı üstünlüyü qorumadıq. Qapımızdan 2 qol buraxmalı deyildik. Futbolda hər şey olur. Arxayınlaşmağımız rəqibin standart vəziyyətdən fərqlənməsinə səbəb oldu. 3:0 hesablı qələbə qazansaydıq, Bakıdakı oyun tam fərqli olacaqdı. Son dəqiqələrdə vurduğumuz 4-cü qolun sayılmaması da mənim üçün müəmmalı qaldı.

- Yəqin, Mirzağa Hüseynpurun vurduğu qolu deyirsən. Hakim oyundan kənar vəziyyət qeydə aldı...
- Matçdan sonra baş hakimə yaxınlaşıb epizodla bağlı sualımı verdim. O dedi, top Hüseynpurdan gəldiyi üçün oyundan kənar vəziyyət sayılmalıdı. Amma top rəibin 3 nömrəli futbolçusuna dəyəndən sonra bizə keçdi. Belədə offsaydan söhbət ola bilməzdi. Təmiz qol idi və hakim onu saymağa borclu idi. Bir qədər yanlışlığa görə belə alındı. İstənilən halda komandanın ilk avrokubok matçı yaxşı başa çatdı.

- Qalibi mühakimə etmirlər. Amma qapısından 2 qol buraxmaq ciddi səhvlərin olduğunu göstərir...
- Bizim üçün əsas nəticədi. 2 qol buraxmağımız bizi çox üzdü. Bununla belə əsas nəticə idi. Biz qələbə qazandıq və bununla növbəti mərhələyə keçməyə ciddi zəmin yaratdıq. Qolda kimisə günahkar çıxarmaq düzgün deyil. Qol buraxmışıqsa, hamımız günahkarıq. İndi bu oyunu unudub, cavab görüşünə hazırlaşmaq lazımdı. Doğma meydanda da qələbə qazanmalıyıq.

- Rəqib baş məşqçi şansların bərabər olduğunu söylədi. "Tiraspol"un Bakıda 2 qol vurması real görünür?
- Dünya çempionatında da sürprizlər olur. Bu mənada rəqibi düzgün qiymətləndirmək lazımdı. Onların yaxşı heyəti var idi. Xüsusilə 7 və 10 nömrəli futbolçuları deyirəm (Yevgeni Zariçnyuk və Oleq Molla nəzərdə tutulur - red.). Cinahlarla hücum qururdular. Bakıda biz tam fərqlu oynayacağıq. "Tiraspol"un nəyə qadir olduğunu gördük.

- Bu oyunla hansı mərhələyə qədər irəliləmək olar?
- Biz hələ ilk mərhələni keçməmişik. Türkiyədə və Asvtriyada yaxşı hazırlıq keçdik. Bunun bəhrəsini görməliyik. Avrokuboklarda hər oyuna ayrıca hazırlaşırıq. "Tiraspol"u keçməmiş heç bir rəqib haqda düşünmək olmaz. Cari mövsüm komandanın Avropa Liqasından uğurlu çıxış edəcəyinə ümid böyükdü.

- "Bakı"da 2 mövsüm ehtiyatda qaldın. "İnter" də oyunun daha yaxşı alınır...
- Düz qeyd etdiz. Tənqidlər də haqlı idi. "Bakı"da oyunum alınmadı. Əksər matçlarda ehtiyatqa qaldım. Fikrimcə, burada daha yaxşı oynayıram. "İnter" mənə özgə klub deyil. 7 il öncə bu komandada oynamışam. Baş məşqçi mənə inanır və şans verir. Yalnız bu halda futbolçu özünə güvənə bilər. Sevinirəm ki, qayıdışdan sonra ilk rəsmi matçda qol vurdum.

- "Tiraspol" və "İnter". Hər ikisi gümüş medalçıdı. İlk oyundan sonra hansı komanda daha güclü idi?
- Çempionatları və klubları müqayisə etməyi sevmirəm. Oyunda üstünlük biz tərəfdə idi. Ümumilikdə, bərabər şanslarımız qalır. Demək olmaz ki, rəqib zəifdi. Biz hər bir komandaya hörmətlə yanaşmalıyıq. Son 30 dəqiqə göstərdi ki, futbol 90 dəqiqə oynanılır. "Tiraspol" rəqibdən səhv gözləyir və onu dərhal yerinə yetirir. Kimin güclü olduğu iyulun 10-da cavab görüşündə məlum olacaq. Evdə də qələbə qazanmaqla mərhələ adlamalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.