4 iyul 2014 01:29
"İnterə məğlubiyyətə görə özümüz günahkarıq"
Moldovanın "Tiraspol" klubunun hücumçusu Georgi Ovsyannikov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 2:3 hesablı məğlubiyyətini belə şərh edib:
"Özümüz günahkarıq. Penaltidən sonra ayılmalıydıq. Amma şokdan ayılmamış daha bir qol buraxdıq. Bakıdakı oyun başqa cür olacaq. Bizim də şansımız qalır".
